Azərbaycan bankı nizamnaməsini dəyişəcək

Dekabrın 9-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində “Zoom” proqramı vasitəsi ilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə "Unibank"ın idarəetmə orqanlarına dair məsələlərin müzakirə edilməsi, nizamnaməsinə dəyişikliklər olunması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Digər xəbərlər

DSMF-nin xərcləri 9 % artıb 10 fevral, 2026 / 10:10