Azərbaycan bankı "Milli Kart"dakı payını satıb

"Bank Respublika" ASC "Milli Kart" MMC-dəki 8,3 %-lik payını satıb.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Bununla belə, payı alan şəxsin adı açıqlanmayıb.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73,961 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33