Bakı. 2 fevral. REPORT.AZ/ “Bank of Baku” ASC müştərilərə yalnız manatla verdiyi istehlak kreditlərinin illik faiz dərəcəsini 2% bəndi artırıb.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumata görə, buna səbəb istehlak kreditləşməsi ilə bağlı endirim kampaniyasının otən ayın sonunda başa çatmasıdır. Buna görə də kreditlər kampaniya dövründəki kimi illik 24-30%-lə deyil, 26-32%-lə ayrılır.
Bundan başqa, “Bank of Baku” biznes kreditləşməsini dayandırıb. Bankın iş adamlarının maliyyələşməsini nə vaxt bərpa edəcəyi hələ ki, məlum deyil.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.