Bu gün "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank BTB" ASC-nin 5 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 5 000 ədəd faizli, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qiymətli kağızlar sabah birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.