Bakı. 25 iyun. REPORT.AZ/ "Turanbank" ASC 29 iyun - 1 iyul tarixlərində Müdafiə Nazirliyinin strukturlarının əməkdaşları üçün kredit faizlərində 3% endirim elan edir.
"Report"un banka istinadən verdiyi xəbərə görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Hazırda bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.