2023-cü ilə qədər “Bank VTB Azərbaycan” ASC 70 minə yaxın pərakəndə müştəriyə, 3,5 minə yaxın şirkət və müəssisəyə xidmət göstərməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Bank VTB Azərbaycan”ın rəqəmsal kanallarında satışın payı fiziki şəxslər üçün 80%-ə, hüquqi şəxslər üçün isə 85%-ə çatmalıdır.