2025-ci ildə də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin dividend gəlirliliyinin 15 %-dən çox olması proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"2024-cü ildə bu nisbət 15,1 % olub. Bu il sentyabrın 1-nə qədər ABB 212 milyon manatdan çox xalis mənfəət əldə edib. Yeni səhmdarlarımız gələn ildən Bankdan divident gəlirləri əldə etməyə başlayacaqlar", - deyə o qeyd edib.