"PAŞA Bank" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 10 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirib.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 10 min ədəd istiqrazdan gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və 7 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.