Azərbaycan bankı Asiya-Sakit Okean regionu bankları arasında ilk 3-lükdə qərarlaşıb

“PAŞA Bank” ASC xalis faiz marjası (NIM) dinamikasına görə Asiya-Sakit Okean (APAC) regionu bankları arasına 3-cü pillədə qərarlaşıb.

“Report” xəbər verir ki, bu barədə “Global Finance” jurnalının “Dünyanın Ən Yaxşı Bankları 2024-APAC” hesabatında bildirilib.

Məlumata görə, reytinqdə ilk 2 pillədə Əfqanıstan Beynəlxalq Bankı (AIB) və Avstraliya Birlik Bankı (CBA) qərarlaşıb.

“PAŞA Bank”dan başqa Qafqaz və Mərkəzi Asiya ölkələri banklarından heç biri ilk 10-luğa daxil ola bilməyib. Region ölkələrindən Qazaxıstanın “ForteBank”ı 12-ci, Qırğızıstanın “Xalq Bankı” 13-cü, Özbəksitanın “Tenge Bank”ı isə 27-ci sırada qərarlaşıb.

Hesabata görə, ötən il APAC regionu banklarının xalis faiz marjası (NIM) dinamikası 2022-ci ildə olduğu kimi optimal qalıb.

ABŞ-ın bazar araşdırmaları şirkəti “International Data Corp”un sorğusuna əsasən, 2023-cü ildə APAC-dakı əksər banklar təhlükəsizliyi artırmaq, məlumat mübadiləsi və vaxt itkilərinin qarşısını almaq üçün texnologiya büdcələrini artırıb.

Hesabat dövründə çətin olsa da, Asiya-Sakit Okean banklarının 70 %-dən çoxu ekoloji, sosial və idarəetmə (ESG) təşəbbüslərindən gəlirliliyin artacağını gözləyib.

Ötən il investisiya bankçılığı, biznesin maliyyələşdirlməsi və KOB-lardan böyük korporasiyaların aktivlərin idarə olunması kimi şaxələndirilmiş əməliyyat modeli ilə Azərbaycanın məcmu kapitalına görə ən böyük özəl bankı “Paşa Bank” mənfəətini 510 % artırıb.

2023-cü ildə bank 8,9 milyard manatlıq (təxminən 5,2 milyard ABŞ dolları) konsolidasiya edilmiş aktivlərini yüksək mənfəət əldə etmək üçün istifadə edib.

Digər xəbərlər