“Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 729 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,2 dəfə çoxdur.
9 ay ərzində “Azər-Türk Bank”ın gəlirləri 24,388 milyon manat (illik müqayisədə 6,7% çox), xərcləri 23,963 milyon manat (8,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 305 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Azər-Türk Bank”ın aktivləri 368,063 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,8% çoxdur. Bunun 197,084 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23,1% böyüyüb.
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 5,4% artaraq 311,058 milyon manata, o cümlədən depozit portfeli 6% artaraq 174,511 milyon manata, balans kapitalı isə 2,1% artaraq 57,005 milyon manata çatıb.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.