Aprelin 26-da, saat 14:00-da “Azenco” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Mingəçevir şəhərindəki Dövlət Dram Tatrının binasında olacaq.
Yığıncağın gündəliyinə şirkətin Müşahidə Şurasının, İdarə Heyətinin və Maliyyə-Təftiş Komissiyasının illik hesabatlarının müzakirə edilməsi, həmin orqanların yeni tərkibinin formalaşdırılması, səhmdar cəmiyyətinin maliyyə nəticələrinin nəzərdən keçirilməsi, mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Azenco” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,837 milyon manatdır. Şirkətin səhmlərinin 97,6%-i "İnterenerji" MMC-yə, 2,4%-i isə fiziki şəxslərə məxsusdur.