Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 202 milyon 30,6 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
O cümlədən, 8 ay ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsaitin məbləği 51 milyon 584,7 min manat təşkil edib.