Avropa Mərkəzi Bankının (ECB) iqtisadi aktivliyi artırmaq üçün atdığı addımların nəticəsiz qalması fonunda avrozona ölkələrində investor inamı indeksi son 6 il üzrə ən aşağı həddə düşüb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırda həmin indeks 16,8 bənddir ki, bu da 2013-cü ilin aprel ayından bəri ən aşağı göstəricidir.
ECB bir neçə həftə əvvəl faiz dərəcələrini azaltmağa və istiqraz alışlarını bərpa etməyə qərar versə də, son iqtisadi göstəricilər investorların quruma inamının azaldığını göstərir.