​Avronun Azərbaycanda məzənnəsi 13 illik minimuma düşüb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanda avronun manata qarşı rəsmi məzənnnəsi təxminən 13 illik minimuma enib 0,9065 manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, 2002-ci il yanvarın 1-dən nağd dövriyyəyə buraxılan avronun keçən müddət ərzində ən aşağı məzənnəsi 2002-ci il mayın 29-da qeydə alınıb və 0,9041 manat (milli valyutanın denominasiyasına qədər - 4 520,49 manat) təşkil edib.

Qeyd edək ki, avronun Azərbaycanda ən yüksək rəsmi məzənnəsi isə 2008-ci il aprelin 23-də qeydə alınıb və 1,3235 manat olub. 

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23