Dekabrın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki “Atra Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 149 ünvanında yerləşən 69,7 kv.metrlik mənzildən gedir. Əmlaka 70 min manat qiymət qoyulub.