Bakı. 4 fevral. REPORT.AZ/ "Atəşgah Sığorta" ASC-nin Direktorlar Şurasının qərarı ilə şirkətin İdarə Heyətinə (İH) yeni sədr müavini təyin edilib.
"Report" şirkətə istinadən xəbər verir ki, söhbət Orxan Faid oğlu Rzayevdən gedir.
O, 2005-ci ildən “Atəşgah Sığorta"da işləyir, şirkətin müxtəlif şöbə və idarələrinə rəhbərlik edib, eləcə də İH-nın üzvü vəzifəsini icra edib.
Hazırda “Atəşgah Sığorta” İH-ya Azər Allahverdi oğlu Əliyev sədrlik edir. Onun müavini isə Fuad Faiq oğlu İsmayılovdur.