Bakı. 5 aprel. REPORT.AZ/ “Atəşgah Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 42,983 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,5% çoxdur.
2017-ci ildə “Atəşgah Sığorta”nın cəmi öhdəlikləri 12,6% artaraq 30,003 mln. manata çatıb, cəmi kapitalı isə 12,9% azalaraq 12,98 mln. manata düşüb.
Ötən il şirkətin gəlirləri 39,572 mln. manat (7,1% az), xərcləri 40,599 mln. manat (3,9% az) təşkil edib. Son nəticədə “Atəşgah Sığorta” 2017-ci ili 1,027 mln. manatdan artıq xalis zərərlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 298 min manat xalis mənfəətlə çıxmışdı.