“Atəşgah Həyat Sığorta” xalis mənfəətini 71% artırıb

Bakı. 5 aprel. REPORT.AZ/ “Atəşgah Həyat Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 55,792 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 36,9% azdır.

2017-ci ildə “Atəşgah Həyat Sığorta”nın cəmi öhdəlikləri 42,5% azalaraq 40,463 mln. manata, cəmi kapitalı isə 15,1% azalaraq 15,329 mln. manata düşüb.

Ötən il şirkətin gəlirləri 71,613 mln. manat (39,7% çox), xərcləri 65,622 mln. manat (37,3% çox) təşkil edib. Son nəticədə “Atəşgah Həyat Sığorta”nın maliyyə mənfəəti 5,99 mln. manat olub ki, bu da illik müqayisədə 71,2% çoxdur.

2017-ci ildə şirkət 1,198 mln. manat mənfəət vergisi ödəyib və ili 4,792 mln. manat xalis mənfəətlə başa vurub. 

Digər xəbərlər