“Atəşgah Həyat Sığorta” ASC 2022-ci ili 8,474 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 31,7 % çoxdur.
Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 50,815 milyon manat (əvvəlki ilə nisbətən 2,6 % çox), xərcləri 40,222 milyon manat (3 % az), mənfəət vergisi ödəmələri isə 2,119 milyon manat (31,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın aktivləri 79,352 milyon manat olub ki, bu da illik müqayisədə 17,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 20,2 % artaraq 59,067 milyon manata, balans kapitalı isə 10,7 % artaraq 20,286 milyon manata çatıb.
Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manat təşkil edır. Şirkətin səhmləri 100 % "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.