“Atəşgah Həyat Sığorta” ASC 2021-ci ili 6,432 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 29% çoxdur.
Ötən il “Atəşgah Həyat Sığorta”nın gəlirləri 49,503 milyon manat (əvvəlki ilə nisbətən 33% az), xərcləri 41,464 milyon manat (38,7% az), mənfəət vergisi ödəmələri isə 1,608 milyon manat (29% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın aktivləri 67,492 milyon manat olub ki, bu da illik müqayisədə 3,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,1 % azalaraq 49,16 milyon manata, balans kapitalı isə 5,8 % azalaraq 18,331 milyon manata düşüb.
Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manatdır. Şirkətin səhmləri 100% "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27%-lik səhmdarı) məxsusdur.