Mayın 31-də, saat 15:00-da "Atasığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Atasığorta"nın 2023-cü il üzrə İdarə Heyətinin və Direktorlar Şurasının hesabatlarının, eləcə də auditdən keçmiş maliyyə hesabatlarının - mühasibat balansının, mənfəət və zərər hesabatının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 15,95 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.