“Atasığorta” ASC 2023-cü ili 947 min manat zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 64,7 % çoxdur.
Ötən il “Atasığorta”nın gəlirləri 11,048 milyon manat (əvvəlki ilə nisbətən 0,3 % az), xərcləri isə 11,995 milyon manat (2,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Atasığorta”nın aktivləri 15,803 milyon manat olub ki, bu da illik müqayisədə 11,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 30 % artaraq 6,639 milyon manata, balans kapitalı isə 1,6 % artaraq 9,164 milyon manata, o cümlədən nizamnamə kapitalı 9,2 % artaraq 15,95 milyon manata çatıb.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.