"Atasığorta"nın zərəri 60 % azalıb

"Atasığorta" ASC 2024-cü ili 377 min manat zərərlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 60,1 % və yaxud 2,5 dəfə azdır.

Ötən il "Atasığorta"nın gəlirləri 12,474 milyon manat (əvvəlki ilə nisbətən 12,9 % çox), xərcləri isə 12,852 milyon manat (7,1 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Atasığorta"nın aktivləri 15,716 milyon manat olub ki, bu da illik müqayisədə 0,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 3 % artaraq 6,841 milyon manata çatıb, balans kapitalı isə 3,2 % azalaraq 8,875 milyon manata enib.

Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 15,95 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Digər xəbərlər