“Atasığorta"nın zərəri 4 dəfə azalıb

“Atasığorta” ASC 2022-ci ili 575 min manat zərərlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 74,6 % və yaxud 3,9 dəfə azdır.

Ötən il “Atasığorta”nın gəlirləri 11,076 milyon manat (əvvəlki ilə nisbətən 29,7 % az), xərcləri isə 11,651 milyon manat (35,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Atasığorta”nın aktivləri 14,127 milyon manat olub ki, bu da illik müqayisədə 19 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 44,5 % azalaraq 5,106 milyon manata düşüb, balans kapitalı isə 9,4 % artaraq 9,021 milyon manata çatıb.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Digər xəbərlər