Bakı. 7 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Atasığorta” ASC-nin yığımları 722 756 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 4,77% azdır.
Hesabat dövründə “Atasığorta”nın ödənişləri də azalıb. Belə ki, Şirkət ötən ay 208 477 manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 12,34% azdır.
2017-ci ilin yanvar ayında “Atasığorta” topladığı hər 100 manat sığorta haqqının 28,84 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 31,33% olub.
Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.