Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Atasığorta" ASC-nin yığımları 8 419 453 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,74% azdır.
Hesabat dövründə "Atasığorta"nın ödənişləri də azalıb. Belə ki, şirkət 10 ay ərzində 2 804 109 manat ödəniş edib ki, bu da illik müqayisədə 17,62% azdır.
Hesabat dövründə "Atasığorta" topladığı hər 100 manat sığorta haqqının 33,31 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabr aylarında 39,72% olub.
Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 25 manat olan 496 min səhm əsasında formalaşıb. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.