"Atabank" valyuta əməliyyatlarından 1,2 mln. manat qazanıb

Bakı. 19 iyul. REPORT.AZ/ “Atabank” ASC 207-ci ilin yanvar-iyun ayları ərzində 1,692 mln. manat həcmində xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfədən çox azdır.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın gəlirləri illik müqayisədə 27,8% azalaraq cari ilin birinci yarısında 23,196 mln. manat təşkil edib. Gəlirlərin 19,222 mln. manatı faiz, 3,974 mln. manatı qeyri-faiz gəlirlərinin payına düşüb. Xərclər illik 19,41% azalaraq 19,194 mln. manat təşkil edib ki, bunun da 8,597 mln. manatını faiz, 10,597 mln. manatını isə qeyri-faiz xərcləri təşkil edib.

Hesabata əsasən, "Atabank" cari ilin birinci yarısında məzənnə dəyişməsi də daxil olmaqla, valyuta əməliyyatlarından 1,230 mln. manat gəlir əldə edib. Bu gəlirin hamısı xarici valyuta ticarəti üzrə əldə olunub. Məzənnə dəyişməsi də daxil olmaqla, valyuta əməliyyatlarından gəlirin həcmində illik 36,7%, o cümlədən xarici valyuta ticarəti üzrə gəlirlərdə illik 23% azalma qeydə alınıb.

Digər xəbərlər