"Atabank"ın aktivləri illik 30% artıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Atabank” ASC-nin cəmi aktivləri illik müqayisədə 29,7% artaraq 2017-ci il oktyabrın 1-nə 621 974,78 min manat təşkil edib. Kredit portfeli bu müddətdə 33,0% artaraq 532 577,4 min manata çatıb.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3% artaraq 2017-ci il oktyabrın 1-nə 472 799,7 min manat olub. Depozit portfeli də illik 16,3% artaraq 293 206,13 min manat təşkil edib.

Cari il oktyabrın 1-nə Bankın xüsusi kapitalı 138 105,99 min manat, cəmi kapitalı 149 175,09 min manat təşkil edib.

"Atabank" cari ilin yanvar-sentyabr ayları ərzində 1 672,57 min xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 dəfə azalma deməkdir. Bu ilin ilk doqquz ayı ərzində Bankın faiz gəlirləri 36 205,44 min manat, faiz xərcləri 14 556,85 min manat, qeyri-faiz gəlirləri 4 579,99 min manat, qeyri-faiz xərcləri 20 413,88 min manat təşkil edib. Nəticədə, Bankın əməliyyat mənfəəti 5 814,7 min manat təşkil edib. Bundan da 4 142,13 min manat aktivlər üzrə mümkün zərərin ödənilməsi üzrə xüsusi ehtiyatın yaradılmasına ayrılıb. 

Digər xəbərlər