Bakı. 17 iyul. REPORT.AZ/ “Atabank” ASC-nin aktivləri illik müqayisədə 25,3% artaraq 2017-ci il iyulun 1-nə 609,875 mln. manata çatıb. Kredit portfeli isə 29,8% artaraq 532,495 mln. manata yüksəlib.
“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bankın cəmi öhdəlikləri illik müqayisədə 10,3% artaraq bu il iyulun 1-nə 458,143 mln. manat təşkil edib. Depozit portfeli son bir ildə 8,4% artaraq 291,183 mln. manat olub.
Azərbaycan Mərkəzi Bankının (AMB) "Atabank"a qarşı tələbləri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq cari il iyulun 1-nə 20,0 mln. manata çatıb.
Bu il iyulun 1-nə Bankın nizamnamə kapitalı 119,925 mln. manat, məcmu kapitalı 144,715 mln. manat təşkil edib.