"Aset Maliyyə Texnologiyaları" BOKT-un təsisçisi dəyişib

"Aset Maliyyə Texnologiyaları" MMC bank olmayan kredit təşkilatının (BOKT) yeganə təsisçisi Ülviyyə Sadıqova payını satıb.

“Report” xəbər verir ki, onun payını Elçin Bağırov alıb.

Xatırladaq ki, "Aset Maliyyə Texnologiyaları" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır.

Digər xəbərlər