Bakı. 5 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 5 129,2 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 324,8 mln. dollar və yaxud 82,9% çoxdur.
ARDNF-in 10 aylıq valyuta satışının 489,6 mln. dolları və yaxud 9,55%-i oktyabr ayının payına düşüb. Bu isə ötən ilin oktyabr ayına nisbətən 170,9 mln. dollar və yaxud 53,6% çoxdur.
| ARDNF-in valyuta satışı (mln. ABŞ dolları ilə) | ||
| 2017 | 2018 | |
| Yanvar | 285,0 | 299,1 |
| Fevral | 258,4 | 364,1 |
| Mart | 250,0 | 647,0 |
| Aprel | 220,8 | 802,6 |
| May | 300,3 | 422,7 |
| İyun | 373,2 | 439,0 |
| İyul | 253,2 | 536,6 |
| Avqust | 292,6 | 733,7 |
| Sentyabr | 252,2 | 394,8 |
| Oktyabr | 318,7 | 489,6 |
| Noyabr | 208,9 | - |
| Dekabr | 584,8 | - |
| Cəmi | 3 598,1 | 5 129,2 |