Bu ilin yanvar-iyul aylarında Dövlət Neft Fondu (ARDNF) 2 951,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% azdır.
Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 212,3 milyon dollar təşkil edib. Bu isə ötən ilin iyul ayına nisbətən 54% azdır.