ARDNF valyuta hərraclarındakı satışını 25 % azaldıb

Bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondu (ARDNF) 3 milyard 739,9 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 % azdır.

Təkcə avqust ayında isə ARDNF-in valyuta satışının məbləği 512,2 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin avqust ayına nisbətən 7,2 % çoxdur.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46