Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 1 milyard 098,3 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.
Təkcə bu ay isə ARDNF-in valyuta satışının məbləği 371,2 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin fevral ayına nisbətən 15,1 % azdır.