Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 21,5 %-i "AAA" reytinqli olub.
"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-nə nisbətən 42,3 faiz bəndi azdır.
Əvəzində ARDNF "AA" reytinqli alətlərin xüsusi çəkisini 18,6 %-dan 46,4 %-ə, "A" reytinqli alətlərin xüsusi çəkisini isə 10,3 %-dən 19,1 %-ə qaldırıb.
Hesabat dövründə Fondun investisiya portfelində "BBB" reytinqli alətlərin payı isə 7 %-dən 12,6 %-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 0,3 %-dən 0,4 %-ə çatıb.