2021-ci ilin yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində 5 ildən çox müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 22,3% təşkil edib ki, bu da 2020-ci ilin yekunu ilə müqayisədə 9,9% çoxdur.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, ötən ilin sonuna ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 28 %-i 1 ilə qədər müddətə yerləşdirilib. Bu, əvvəlki ilin sonuna nisbətən 0,9 faiz bəndi azdır.
İl ərzində Fondun investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 31,6 %-i 1 ildən 3 ilə qədər (2 faiz bəndi artıb), 18,1 %-i isə 3 ildən 5 ilə qədər (2,9 faiz bəndi azalıb) müddətə yerləşdirilib.