2023-cü ilin yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 57,7 % təşkil edib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 4,4 % azdır.
Əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 19,6 %-dan 24,3 %-ə çatdırıb.
Fondun investisiyalarında qızılın payı 12,1 %-dan 12 %-ə, daşınmaz əmlakın payı isə 6,2 %-dən 6 %-ə endirilib.
Hazırda ARDNF-nin 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eynidir.