Bu ilin iyul ayının 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində 2022-ci ilin eyni dövrü ilə müqayisədə səhmlərin payı 17,9 %-dən 22,9 %-ə çatdırılıb.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 60,1 % təşkil edib. Bu, 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2,4 faiz bəndi azdır.
Son 1 ildə Fondun investisiyalarında qızılın payı 13,1 %-dən 11,5 %-ə, daşınmaz əmlakın payı isə 6,5 %-dən 5,5 %-ə düşüb.
Hazırda ARDNF-in 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eynidir.