2021-ci il ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 61,8 % təşkil edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 2 faiz bəndi azdır.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bunun əvəzində ARDNF investisiya portfelində səhmlərin payını 15,9 %-dən 19 %-ə çatdırıb.
Fondun investisiyalarında qızılın payı 14,2 %-dən 13,1 %-ə azaldılıb, daşınmaz əmlakın payı isə dəyişməyərək 6,1 % səviyyəsində qalıb.
Hazırda ARDNF-in 101,8 ton qızılı var ki, bu da 1 il əvvələ nisbətən eyni həcmdədir.
Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 45 milyard 025,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 3,35 % çoxdur.