2021-ci ilin yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 62,5 %-i AAA reytinqli olub ki, bu da 2020-ci il in yekunu ilə müqayisədə 7,6 faiz bəndi çoxdur.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, il ərzində ARDNF investisiya portfelində AA reytinqi alətlərin xüsusi çəkisini 13,8 %-dən 14,3 %-ə qaldırıb, A reytinqi alətlərin xüsusi çəkisini 22,5 %-dən 14,5 %-ə, BBB reytinqli alətlərin xüsusi çəkisini 7,4 %-dən 7,8 %-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 1,4 %-dən 0,9 %-ə endirib.