ARDNF-in investisiya portfelində ABŞ dollarının, türk lirəsinin payı cüzi azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 57 milyard 014,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 576,47 milyon ABŞ dolları və ya 6,7 % çoxdur.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Hazırda ARDNF-in investisiyalarının 69,5 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,4 faiz bəndi azdır. İnvestisiya portfelində avronun payı dəyişməyərək 19,4 % olub.

Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin payı 0,1 faiz bəndi artaraq 4,9 % çatıb.

Avstraliya dollarının payı dəyişməyərək 0,6 % səviyyəsində qalıb, türk lirəsinin payı isə 0,3 %-dən 0,2 %-nə düşüb.

Rusiya rublunun payı ötən ilin ilk rübündə olduğu kimi 0,2 % səviyyəsində qalıb, Çin yuanının payı isə 1 %-dən 1,1 %-ə artıb.

Həmçinin, ARDNF-in investisiya portfelində yapon yeninin payı 1,4 %-dən 1,5 %-ə qalxıb, digər xarici valyutaların payı isə 2,4 %-dən 2,6 %-a yüksəlib.

Digər xəbərlər