ARDNF-in builki büdcəsində dəyişiklik ediləcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının (MŞ) iclası keçirilib. 

Fonddan “Report”a verilən məlumata görə, Baş nazir, MŞ-nın sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda qurumun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

MŞ dəyişiklikləri məqbul hesab edib və təsdiq olunmaq üçün ölkə Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23