ARDNF-dən büdcəyə transfert 8% artırılır

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin məbləği 850 milyon manat və yaxud 7,5% artırılır.

“Report” xəbər verir ki, bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Beləliklə, Fonddan büdcəyə transfertin məbləği 11 350 milyon manatdan 12 200 milyon manata çatdırılır.

Digər xəbərlər

ARDNF sığortaçı seçib 30 dekabr, 2025 / 15:32