Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 11 milyard 900 milyon manat nəzərdə tutulub.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,3 % azdır.
ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 30,3 %-i qədərdir. Bu isə illik müqayisədə 2,9 faiz bəndi azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.