Bu ilin birinci rübün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 66,4 %-i "AAA" reytinqli olub.
"Report" bu barədə Fonda istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk rübünün sonuna nisbətən 6,4 faiz bəndi azdır.
Məlumata görə, ARDNF "AA" reytinqi alətlərin xüsusi çəkisini 16,2 %-dən 16,9 %-ə qaldırıb, "A" reytinqi alətlərin xüsusi çəkisini isə 7,2 %-dən 10,1 %-ə qaldırıb.
Hesabat dövründə Fondun investisiya portfelində "BBB" reytinqli alətlərin payı 3,3 %-dən 6,4 %-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 0,5 %-dən 0,2 %-ə endirilib.