“Aqroservis” auditor seçib

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 2024-cü ili üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Professional Financial Experts" MMC-dir.

Qalib şirkətə 16,215 min manat ödəniləcək.

Ötən il bu tenderin qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 31 860 manat ödənilib. 

Digər xəbərlər