İndiyə qədər "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) biznes subyektlərinə 1,3 milyard manat kredit verib.
"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Biznesin inkişafı departamentinin direktoru Fərid Vəlizadə Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, bu kreditlər 40 mindən artıq yeni iş yerinin yaradılmasına töhfə verib.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 45,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.