“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 22 669,5 min manat və yaxud 2 dəfə artırılıb.
"Report" xəbər verir ki, BOKT-un kapitalı 22 669,5 min manatdan 45 339 min manata çatdırılıb.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. BOKT 100% dövlətə məxsusdur.