Aqrar Tədqiqatlar Mərkəzi auditor seçib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi 2021-ci il üzrə maliyyə nəticələrinin auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "İnvest Finance" MMC-dir.

Qalib şirkətə 4 300 manat ödəniləcək.

Digər xəbərlər