Aqrar Sığorta Fondunun AKİA-ya köçürdüyü sığorta ödənişi büdcəyə bərpa edilib

Hesablama Palatasının 2023-cü ildə aqrar sığorta fəaliyyətinin səmərəliliyinə dair apardığı audit zamanı müəyyən edilib ki, Aqrar Sığorta Fondu hüquqi əsas olmadan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) 0,7 milyon manat sığorta ödənişi köçürüb.

“Report” xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, həmin vəsait dövlət büdcəsinə bərpa edilib.

Xəbər lenti